Mekan 360

AZERBAYCAN DÖVLET GENC TAMAŞAÇILAR TEATRI

Görüntülenme - 3036 Yorum Ekle

Hakkımızda

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1927-ci il mart ayının 15-də, Bakıda, Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranıb. 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan «Fırtına» tamaşası respublikamızda uşaq teatrının yaranmasının təməlini qoymuşdur.
1928-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq teatrı rəsmi olaraq fəaliyyətə başlamışdır. Teatrın ilk aktyorları və rejissorları Ağadadaş Qurbanov, Məmmədağa Dadaşov, Yusif Əminli, Minə Abdullayeva, Yusif Dadaşov, Susanna Məcidova, Cavahir İskəndərova, Süleyman Ələsgərov, Hüseynağa Sadıxov, Kərim Həsənov, Zəfər Nemətov, Məhərrəm Haşımov, Əliməmməd Atayev və başqaları olmuşlar.
1936-cı il iyul ayının 18-dən etibarən Bakı Uşaq teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmrinə əsasən «Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı» adlandırılıb və ona Maksim Qorkinin adı verilmişdir.
Ötən müddət ərzində teatrda 513 yeni tamaşa hazırlanmış, 33505 tamaşa göstərilmiş və 8042000 tamaşaçı cəlb etmişdir.
2009-cu ilin aprel ayından əsaslı təmir və yenidənqurma işlərindən sonra yeni texnika və müasir dizaynla təmin edilmiş binada fəaliyyətini davam etdirən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrına daha iki kollektiv - Dövlət Gənclər və Bakı Kamera Teatrı birləşdirilmişdir. Teatrın repertuarında xalq nağılı “Göyçək Fatma”, B.Marvin “Yatmış gözəl”, Ç.Dikkens “Oliver Tvistin macəraları”, A.Şaiq “Tıq-tıq xanım”, M.F.Axundzadə “Sərgüzəşti -vəziri – xani Lənkəran”, S.S.Axundov, A.Şaiq “Qaraca qız”, M.F.Axundzadə “Hekayəti xırs quldurbasan” və s. tamaşalar var.

Etiketler

genc.tiyatro sahne pies

Görüşler ()

Yorum Ekle